Ramil Şeydayev Türkiyə klubundan o qədər PUL ALACAQ Kİ…

11 Yanvar 2024 14:00 Gündəm 5 513
Ramil Şeydayev Türkiyə klubundan o qədər PUL ALACAQ Kİ…

"Kocaelispor"a keçəcəyi gözlənilən Ramil Şeydayevin qazancı ilə bağlı Türkiyə mediasında yeni xəbər ortalığa atılıb.

Yerli "Nokta" nəşrinin yazdığına görə, 27 yaşlı hücumçu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək.

Həmkarlarımız millimizin forvardının növbəti mövsüm üçün qazancının 550 min avro olacağını yazıb.

"Burinam Yunayted"dən ayrılması gündəmə gələn Şeydayevin Türkiyənin I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Redaksiyamızın əldə etdiyi məlumata görə, Ramilin qardaş ölkədə alacağı vəsait yerli pressanın yazdığı məbləğdən daha çoxdur.

Super Liqaya iddialı Kocaeli təmsilçisi ilk 6 ay üçün yığmamızın oyunçusuna 350 min avro ödəyəcək.

Komanda 17 turdan sonra I Liqada 33 xal toplayıb. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan «Kocaelispor» Super Liqaya birbaşa vəsiqə qazanmağa idialıdır

. İlk iki yerdən birini tutaraq buna nail olmağı planlaşdıran klub istəyinə çatarsa, Şeydayevə bonus kimi daha 50 min avro veriləcək.

«Kocaelispor» növbəti mövsüm Super Liqaya yüksələrsə və orada yerini qoruyarsa, Ramilin nəqd gəliri 550 min+50 min avroya çatacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti