“Qarabağ”la oynatmaq üçün 3,5 milyon avroluq müdafiəçi almaq istəyirlər

11 Yanvar 2024 00:40 Gündəm 733
“Qarabağ”la oynatmaq üçün 3,5 milyon avroluq müdafiəçi almaq istəyirlər

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya "Braqa"sı heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, komanda Braziliya təmsilçisi "Qremio"da çıxış edən Qustavo Martinslə maraqlanır.

Portuqaliya klubu 21 yaşlı müdafiəçi üçün 3,5 milyon avro təklif edib. Braziliyalı oyunçu ölkəsinin olimpiya komandası hesab edilən U-23 yığmasının da üzvüdür.

“Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti