Bəzi üzvlər fikrindən daşındı, AFFA prezidenti razılaşmadı, iclas təxirə salındı

10 Yanvar 2024 17:00 Gündəm 878
Bəzi üzvlər fikrindən daşındı, AFFA prezidenti razılaşmadı, iclas təxirə salındı

AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.

Bu barədə milli assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.

Toplantı yanvarın 11-də Gəncədə təşkil edilməli idi (saat 14:30). İclasın yeni tarixi hələlik bəlli deyil.

AFFA toplantının hansı səbəbdən ertələnməsini açıqlamayıb. Amma federasiyadan əldə etdiyimiz məlumata görə, bu, komitənin bir neçə üzvünün son anda Gəncəyə səfərdən imtina etməsiyalə əlaqədardır.

Başda Elşad Nəsirov olmaqla, bəzi mənsublar başqa işlərinin ortaya çıxmasını əsas gətirərək, Nizami yurduna yollana bilməyəcəyini söyləyib.

İclasın onlayn şəkildə təklif olunub, buna isə AFFA prezidenti Rövnəq Abdullayev razılaşmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti