Artıq "vatsap"da bu da mümkün olacaq – NÖVBƏTİ YENİLİK

10 Yanvar 2024 12:10 Gündəm 686
Artıq "vatsap"da bu da mümkün olacaq – NÖVBƏTİ YENİLİK

“Vatsap istifadəçiləri tətbiqdə stikerlər yaratmağa və redaktə etməyə imkan verən yeni funksiyadan istifadə edə biləcəklər.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

“Vatsap stikerlərinin yaradılması funksiyası, eləcə də fon silmə aləti istifadəçilərə üçüncü tərəf alətlərindən istifadə etmədən stikerləri cəld yaratmağa və redaktə etməyə imkan verəcək”, - portal vurğulayıb.

Yeni seçim artıq “TestFlight” proqramından iOS üçün vatsapın ən son versiyasını quraşdırmış bəzi beta testçiləri üçün əlçatandır. Yaxın gələcəkdə funksiyanın geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti