Azərbaycan-Ermənistan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək

9 Yanvar 2024 12:10 Gündəm 457
Azərbaycan-Ermənistan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək

Yanvarın sonunda Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclasının keçirilməsi planlaşdırılır.

Bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qriqoryanın sözlərinə görə, yeni görüşün keçirilməsi ilə bağlı razılıq var.

Bundan əvvəlki görüş ötən il noyabrın 30-da baş tutub. Görüşün nümayəndə heyətlərinə iki ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti