Dünya futbolunun əfsanəsi vəfat etdi

8 Yanvar 2024 21:40 Gündəm 550
Dünya futbolunun əfsanəsi vəfat etdi

Dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib.

Sportinfo.az xəbər verir ki, Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.

O, həmçinin Almaniya çempionatını və kubokunu dörd dəfə qazanıb, üç dəfə Avropa Kubokunun qalibi olub.

Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə müdafiəçi "Qızıl top"u qazanan yeganə oyunçudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti