Bu hadisə Mahir Emrelinin başqa kluba keçidinə mane oldu

9 Yanvar 2024 00:50 Gündəm 976
Bu hadisə Mahir Emrelinin başqa kluba keçidinə mane oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer pəncərəsində “Dinamo”nu (Zaqreb) tərk etməyəcək.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçunun zədələnməsi onun baş komandaya mümkün keçidinə mane olub.

Zədə səbəbindən ən azı altı həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilən forvardın son durumuna MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən sonra ayındıq gələcək.

Futbolçu Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilmiş yoxlama görüşündə (1:0) sıradan çıxıb.

Mahir Emrelinin “Dinamo” ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Onunla Rusiya və Türkiyə klubları yaxından maraqlanırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti