Mirabdulla Abbasov futbola “əlvida” deməyə hazırlaşır.
28 yaşlı hücumçunu bu addımı atmağa məcbur edən Bakını və paytaxtətrafını təmsil edən Premyer Liqa klublarından ona marağın olmamasıdır.
Sonuncu iş yeri Birinci Liqa təmsilçisi “İrəvan” olan, lakin buradan verilən vədlərin yerinə yetirilməməsinə görə ayrılan Abbasov daha futbol oynamaq istəmir.
“Ağa” butslarını mismardan asandan sonra qardaşı Mirsahib Abbasovla birlikdə kiçik bizneslə məşğul olacaq.
2018-ci ildə ən yaxşı futbolçu adını qazanan hücumçu karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Səbail” kimi komandaların şərəfini qoruyub, Latviyada (“Dauqavpils”) legioner həyatı yaşayıb.
Azərbaycan millisinin də şərəfini qorumuş Abbasov Premyer Liqada şans qazandığı 150 oyunda 34 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

