Portuqaliya KİV-i "Qarabağ"dan yazdı: "Yanvar çətin olacağını vəd edirsə...”

4 Yanvar 2024 09:25 Gündəm 1 469
Portuqaliya KİV-i "Qarabağ"dan yazdı: "Yanvar çətin olacağını vəd edirsə...”

Portuqaliya mətbuatı “Braqa”nın qış təqviminə diqqət çəkərək, “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin matçına də toxunublar.

Sportinfo.az xəbər verir ki, “SAPO Desporto” portalı həmin oyunla bağlı bunları yazıb:

"Əgər yanvar çətin olacağını vəd edirsə, fevral ayı da bu baxımdan geri qalmır. Çünki bu, “Braqa”nın Avropa yarışlarına qayıdışı deməkdir.

Fevralın 15-də “Braqa” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda “Qarabağ”la ilk oyununu öz meydanında keçirəcək.

Ondan bir həftə sonra isə, fevralın 22-də “Braqa” avrokuboklarda ən uzun səfərə çıxacaqlar"

"Qarabağ" və "Braqa" arasında ilk görüş fevralın 15-də Portuqaliyada, cavab görüşü isə Bakıda Tofiq Bəhramov stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti