Qatar şirkəti “Qarabağ”ın qarşısına çıxan komandanın transfer büdcəsini artırdı

3 Yanvar 2024 13:35 Gündəm 995
Qatar şirkəti “Qarabağ”ın qarşısına çıxan komandanın transfer büdcəsini artırdı

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan “Braqa” transfer büdcəsini artırıb.

Sportinfo.az xəbər verir ki, rəhbərlik baş məşqçi Artur Jorjeyə daha geniş imkanlar yaradıb.

Komandanın həm Portuqaliya çempionatındakı uğurlu çıxışını, həm də avrokuboklarda mübarizəni davam etdirdiyini nəzərə alan klubun sahibi

“Qatar Sports Investments” şirkəti daha çox maliyyə ayırmaq qərarına gəlib. Yeni yatırıma əsasən, rəhbərlik qış və yay fasilələrində heyəti gücləndirə biləcək.

Portuqaliya çempionatında 15 turdan sonra 32 xalla dördüncü pillədə qərarlaşan “Braqa” liderdən cəmi 5 xal geri qalır.

“Qarabağ” bu komanda ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti