“Braqa”nın futbolçusu Simon Banza Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər.
Sportinfo.az xəbər verir ki, konqolu hücumçu Portuqaliyada başqa klubun maraq dairəsinə düşüb.
Qış fasiləsində hücum xəttindəki problemi yoluna qoymağı planlaşdıran “Benfika” 27 yaşlı forvarda “elçi düşüb”.
Banza Lissabon təmsilçisi üçün alternativlərdən biridir. Oyunçu hazırda 14 qolla Portuqaliya çempionatında bombardirlər yarışına başçılıq edir.
“Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.

