Məşqçisi ilə ailə qurdu, Yeni il axşamı müjdə verdi: "Ana olacam" - FOTO

2 Yanvar 2024 02:00 Gündəm 560
Məşqçisi ilə ailə qurdu, Yeni il axşamı müjdə verdi: "Ana olacam" - FOTO

Dünya tennisinin 17 nömrəsi Petra Kvitova yayda ilk övladını dünyaya gətirəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Petra bu barədə sosial şəbəkədə yazıb.

“2024-cü ilin ilk günündə sizə “Yeni iliniz mübarək olsun” deyirəm və Jiri ilə bu yay uşaq sahibi olacağımız haqqında xoş xəbəri çatdırmaq istəyirəm!”, - Kvitova sosial şəbəkələrdə yazıb.

Jiri Vanek 2016-cı ildən Petranı məşq etdirir. 2020-ci ildə o, 18 illik evliliyindən sonra həyat yoldaşından ayrılıb və özündən 12 yaş kiçik olan Kvitovanın yanın köçüb. 2023-cü ilin yayında cütlük evlənib.

Petra Kvitova ikiqat “Uimbldon” çempionudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti