Azərbaycan Premyer Liqasında qış fasiləsi 24 dekabrdan start götürdü.
Elə həmin gündən istirahətə çəkilən futbolçular bir də yeni ilin əvvəli bir araya gələcəklər.
Ona kimi isə hərə bir bir cür fasilənin dadını çıxarmağa çalışır.
Kimisi ölkəsinə - ailəsinin yanına gedib, kimisi də yeni ili qarşılamaq üçün üz tutub Paris, Dubay kimi turizm şəhərlərinə.
Bir qrup futbol adamı isə islam dünyasının ən müqəddəs ünvanı olan Kəbəyə yollanıb.
Dinimizdə gözəl əməllərdən hesab olunan Ümrə ziyarəti üçün.
Onların arasında məşqçilərdən Azər Bağırov, Zaur Həşimov, Ayxan Abbasov yer alıb. Siyahıda yerli futbolçulardan Səlahət Ağayev, Orxan Əliyev, Murad Musayev, Tellur Mütəllimov və legionerlərdən İsa Sülimani, Eyyub Allaş kimi adlar var.
İsa Sülimani - "Sumqayıt"
Murad Musayev - "Qəbələ"
Tellür Mütəllimov - "Sabah"
Azər Bağırov - "Araz Naxçıvav"
Orxan Əliyev - "Araz Naxçıvan"
XANOĞLAN / SPORTİNFO.AZ

