«Mən heç kimin tərəfində deyiləm, son vaxtlar futboldan xeyli uzaqlaşmışam».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.
İki ildir klub təsərrüfatından uzaq düşən, hazırda menecer və «tiktoker» kimi fəaliyyət göstərən keçmiş funksioner Elxan Məmmədovla münasibətləri haqda yayılan xəbərlərə münasibət bildirib.
Tanınmış futbol adamı qeyd edib ki, AFFA-nın eks icraçı vitse-prezidenti və baş katibi ilə yaxınlaşması, bu sahədə baş verən hadisələrə biganə qalması barədə formalaşdırılan rəy yanlışdır:
«Mənim həmişə öz mövqeyim olub. Nə fikirləşmişəmsə, onu da demişəm.
Hazırda başım şəxsi işlərə qarışıb. Nə vaxt danışmaq lazımdığını, nə danışmaq lazım olduğunu mən yaxşı bilirəm.
Elxan Məmmədovla ötən aylar ərzində cəmi bir dəfə görüşmüşəm. Həmin görüşdən çəkilən şəklinin ictimaiyyətdə belə reaksiya yaratması özümə də qəribə gəlir.
Axı burada nə var? Biz heç vaxt düşmən olmamışıq».

