GÜNÜN NƏBZİ: Ağdam yolunda qəza keçirən PFL mənsublarından SON XƏBƏR

16 Dekabr 2023 14:40 Gündəm 1 421
GÜNÜN NƏBZİ: Ağdam yolunda qəza keçirən PFL mənsublarından SON XƏBƏR

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya gətirilir.

Onlar paytaxtdakı özəl klinikaların birinə yerləşdiriləcək.

PFL prezidenti Elxan Səmədovun hər iki ayağı sınıb. Onun ayaqlarının amputasiya olunacağı deyilir.

Vitse-prezident Aslan Şahgədiyev onurğa sütunundan ağır zədə alıb. Fəqərələri sınan funksioner bayılma keçirib.

Yarışların Təşkili və Keçrilməsi Departamentinin rəisi E.Abbasovun da ayaqlarında sınıq aşkarlanıb. İdman direktoru postunu tutan Z.Hacı-Məhərrəmov burun nahiyəsindən ciddi zədə alıb.

Hadisənin hansı şəraitdə baş verməsinə dair müxtəlif fərziyələr mövcuddur. Onlardan ən inandırıcı olan sürücünün bir anlıq yuxulaması və sükana nəzarəti itirməsidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti