Millinin yeni baş məşqçisini seçəcək 5 nəfər bilindi - SON DƏQİQƏ

12 Dekabr 2023 13:00 Gündəm 3 627
Millinin yeni baş məşqçisini seçəcək 5 nəfər bilindi - SON DƏQİQƏ

AFFA İcraiyyə Komitəsi tərəfindən millinin yeni baş məşqçisini müəyyənləşdirmək məqsədilə yaradılmasına qərar verilən İşçi Qrupunun (İQ) tərkibi müəyyənləşib.

Bura 5 nəfər daxildir.

Qrupda futbol ictimaiyyətinin bütün təbəqələri təmsil olunmur. Üzvlərin hamısı rəhbər şəxslərdir.

Belə ki, AFFA-nın vitse-prezidentləri - Elşad Nəsirovla Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov İQ-na üzv qəbul edilib.

İşçi Qrupu nə vaxt toplaşacaq? Hələlik ilk yığıncağın tarixinə aydınlıq gəlməyib. Üzvlərin heç özləri də dəqiq bilmir ki, ümumiyyətlə, bir yerə araya gələcəklər, ya yox.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti