"Mən indi liderləri sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram”

9 Dekabr 2023 15:30 Gündəm 572
"Mən indi liderləri sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanın birgə bəyanatını alqışlayıb.

Siyasətçi bu barədə “X” sosial hesabında yazıb.

“Xüsusilə də məhbusların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. T

ərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin başçılıq etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.

Mən indi liderləri Azərbaycan-Ermənistan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram”, - deyə Şarl Mişel qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti