Azərbaycan Zəngəzuru bu cür alacaq

22 Oktyabr 2023 08:30 Gündəm 906
Azərbaycan Zəngəzuru bu cür alacaq

"Azərbaycanın növbəti hədəfi Zəngəzurdur".

Bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi, ermənipərəst ekspert Modest Kolerov deyib.

“Zəngəzurun (Sünik rayonu) anşlüsü (birləşdirmə - Almaniyanın Avstriyanı özünə birləşdirmə siyasəti – red.) müxtəlif cür ola bilər. Son hadisələrə qədər Zəngəzurun əhalisi 43 mindən 7 minə qədər azalmışdı. İndi orda Qarabağdan köçənlərdən bəzilərini yerləşdiriblər. Amma onlar müxtəlif yerlərdə məskunlaşacaqlar, ona görə də region əhali azalması təhlükəsi ilə üz-üzədir”, - o bildirib.

Kolerovin sözlərinə görə, məhz depopulyasiya anşlüsün metodu ola bilər.

Bakının Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında İran vasitəsilə də əlaqə yaratmaq bəyanatlarına gəlincə, tarixçinin fikrincə, bu əlaqə artıq qurulur:

“Məsələ Zəngəzurun rəsmi statusundan asılı olmayaraq, ona nəzarətdən gedir. İrandan keçən dəhliz istənilən halda tikiləcək, lakin bu, texniki xarakter daşıyacaq. Bakı və Ankara məhz Zəngəzurdan birbaşa marşrut çəkməyə çalışacaq”.

Onun fikrincə, əhəmiyyətinə baxmayaraq, anklavlar hələ də kiçik, prinsipsiz, texniki məsələdir və heç kim onlarla bazarlıq etməyəcək:

“Ermənistan indi onunla sövdələşmə etmək vəziyyətində deyil. İrəvanla heç kim bazarlıq etməyəcək”.

O qeyd edib ki, Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, İranın Qafqaza diqqəti zəifləməyəcək:

“İranın şimal sərhədi məsələsi tamamilə onun yurisdiksiyasında qalacaq və Fransa heç bir şəkildə kömək etməyəcək. Rus sülhməramlılar isə gedəcək”, - deyə o yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var