Ermənistanı QORXUYA saldı - Putinin Azərbaycanla bağlı dedikləri

19 Oktyabr 2023 17:30 Gündəm 903
Ermənistanı QORXUYA saldı - Putinin Azərbaycanla bağlı dedikləri

Rusiya prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı Azərbaycan və Ermənistan sərhədi haqda dedikləri erməniləri təşvişə salıb.

Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı ortaq nöqtənin tapılması çağırışı edib.

“Bir istiqamətdə 100 metr, başqa istiqamətdə 1 kilometr irəli, yaxud geri olması o qədər də vacib deyil. Vacib olan budur ki, hər iki tərəfin xoş niyyəti olsun”, - Putin bildirib.

Onun bu sözləri İrəvanda təşviş yaradıb və mediada Putinə qarşı tənqidlərə səbəb olub.

“Hraparak” nəşri yazır ki, Putin qanlı müharibədən özünə hələ də gələ bilməyən Ermənistanı aşağılayır.

“Sərhəddə Ermənistan hansısa istiqamətdə 100 metr irəli gedəcəksə, başqa istiqamətdə Azərbaycan 1 kilometr irəliləyəcək. Daha doğrusu Azərbaycana bunu verəcəklər”, - nəşr iddia edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var