“Ermənistanda Qarabağa münasibət dəyişib” – ETİRAF

26 May 2023 03:20 Gündəm 946
“Ermənistanda Qarabağa münasibət dəyişib” – ETİRAF

“Ermənistanda Qarabağla bağlı cəmiyyəti konsolidasiya etməyə iki amil mane olur – liderin olmaması və Ermənistan sakinlərinin Qarabağ xalqına münasibətinin dəyişməsi”.

Bu fikirləri “Sputnik Armenia”ya müsahibəsində Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi direktoru, akademik Gevorq Poqosyan deyib.

Onun sözlərinə görə, belə birliyi yaratmaq üçün populyar olmaq, xarizmaya malik olmaq və kütlənin etimadını qazanmaq lazımdır: “Müxalifətdə tanınmış siyasi qüvvələr var. Onlar parlamentdə təmsil olunurlar. Amma onların arasında birlik yoxdur, heç kim onların eyni tribunada dayandığını görməyib. Səhnəyə çıxan yeni siyasi qüvvələr adekvat imkanlara və lazımi resurslara malik deyillər”, – Poqosyan yekunlaşdırıb.

Akademik ikinci səbəb kimi Ermənistan cəmiyyətində Qarabağa münasibətin dəyişməsini göstərib: “1988-ci ildə Ermənistan sakinlərinin Dağlıq Qarabağ və qarabağlılar haqqında təsəvvürləri fərqli idi. Son onilliklər ərzində onlar dəyişikliklərə məruz qalıb”.

Poqosyanın sözlərinə görə, Son iyirmi ildə insanların Dağlıq Qarabağ və qarabağlılar haqqında təsəvvürlərində bəzi transformasiyalar baş verib.

Digər Xəbərlər
Xəbər Lenti