Metro istifadəçilərinə XOŞ XƏBƏR VERİLDİ - Tezliklə...

1 Aprel 2023 03:30 Gündəm 315
Metro istifadəçilərinə XOŞ XƏBƏR VERİLDİ - Tezliklə...

“Xaricdən yeni qatarların gətirilməsinin iki vacib şərti var, ilk olaraq köhnə qatar istismar müddətini başa vurmalıdır,

ikinci şərt isə metropoliten xətləri böyüyüb yeni stansiyalar inşa olunduqca zərurət yarandığda məhz yeni qatarlar alınır”.

Bu sözləri metroda olan köhnə qatarların nə zaman dəyişdiriləcəyi ilə bağlı açıqlamasında Bakı Metropoliteni İctimaiyyətlə əlaqələr şəbəsinin rəisi Bəxtiyar Məmmədov Referans.az-a deyib.

Onun sözlərinə görə, yaxın illərdə metroda fəaliyyət göstərən köhnə nəsil qatarlar dəyişdiriləcək və yeni qatarlar gətiriləcək:

“Hər bir qatarın istismar müddəti olur, bu da istehsalçı zavod tərəfindən təyin edilir və həmin istismar müddəti ərzində qatarlar xətdə fəaliyyət göstərir, çünki onların xətdən çıxarılmasının başqa bir əsası olmur. Onlar vaxtı vaxtında təmir olunur və nəzarətdən keçirilir. Amma istismar müddətini başa vuran qatarlar mütləq şəkildə xətlərdən çıxarılır və ya dünya təcrübəsinə uyğun olaraq Mühəndis Texniki Komissiyasının müəyyən etdiyi müddətə bir qədər də vaxtı uzadıla bilər, lakin bu gün Bakı Metropolitenində istismar müddətini başa vurmuş, yəni yararsız qatar yoxdur. Təbii ki, dövlət tərəfindən ölkəyə müasir qatarlar gətirilir və köhnə nəsil qatarlar istismar müddətini başa vurduqca onlar dəyişdirilir. Bununla bağlı da işlər görülür, ölkəyə yenidən müasir standartlara cavab verən yeni qatarlar gətiriləcək, bunun üçün dövləti xüsusi planları var. Biz çalışacağıq ki, ən yaxın zamanda metropolitendə köhnə nəsil qatarlar azaldılsın və ümumiyyətlə, onlar müasirləri ilə əvəz olunsun”.

Məlumat üçün qeyd edək ki, Bakı Metropolitenində 63 qatar fəaliyyət göstərir. Bu gün xətdə olan qatarların təxminən 50%-dən çoxu müasir standartlara cavab verir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?