Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini azad etdi

3 İyul 2022 01:20 Gündəm 783
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:

“Cənubi Buq istiqamətində Rusiya hərbçiləri Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib”.

Ötən həftədən başlayaraq Ukrayna ordusu rus qoşunlarını ikinci və üçüncü müdafiə xəttindən sıxışdıraraq müvəqqəti işğal olunmuş Xerson şəhərinə doğru uğurla irəliləyirlər.

Hətta şəhərin bir sıra yaşayış məntəqələrini işğaldan azad ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!