Azərbaycan millisinin "Dinamo"da (Zaqreb) forme geyinən hücumçusu Mahir Emreli doğum gününü qeyd edib.
Sportinfo.az xəbər verir ki, fovardın 25 yaşlı tamam olub. “Dinamo” Mahirin şad gününə biganə qalmayıb.
Zaqreb təmsilçisi sosial media hesablarında Emrelinin fotosunu paylaşaraq ona uğurlar və cansağlığı arzulayıb. Mahir isə paylaşımın şərh bölməsinə "Hvala" (“çox təşəkkürlər”) rəyini yazıb. .

O, ad günündə növbəti yoxlama oyununa çıxıb. Xorvatiyanın son çempionu Slovakiyanın yüksək liqa təmsilçisi "Spartak" (Trnava) ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.
Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və 88-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.
Yığmamızın üzvü i bundan əvvəl Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə oyunda da (3:0) 1 qol vurmuşdu.

