İlkin Fikrətoğlu: "AFFA-dan, ümumiyyətlə, futboldan rədd ediləsi adamlar hələ çoxdur"

25 İyun 2022 11:40 Gündəm 1 009
İlkin Fikrətoğlu: "AFFA-dan, ümumiyyətlə, futboldan rədd ediləsi adamlar hələ çoxdur"

Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxliklə yeni müqavilə imzalamamasına münasibət bildirib.

O, sosial şəbəkədə yazdığı statusda avstriyalı sabiq funksionerin burada çalışdığı müddətdə hakimlərdən çoxsaylı şikayətlər eşitdiyini açıqlayıb:

"15 ildir Azərbaycan futboluna vurmadığı zərbə qalmayan Rövnəq-Elxan tandemini "sökə-sökə" "tikirlər". Bu yarıtmaz rəhbərliyn daha bir sevimli kadrı Frits Ştuxlik də yola salındı.

Bundan bir az əvvəl isə Lixtenşteynin gənclər yığmasına ilk tarixi qələbənin sevinicini "yaşadan" U-21-in baş məşqçisi Milan Obradoviçə "əlvida" deyilmişdi.

Amma AFFA-dan, ümumiyyətlə, futboldan rədd ediləsi adamlar hələ çoxdur. Onların da vaxtına az qalıb.

Ştuxlikin "bəxti gətirdi" ki, tez getdi. Onunla bağlı azı 7-8 hakim şəxsən mənə şikayət yazmış, telefonla və üzbəüz söhbətlərimiz olmuşdu.

Təəssüf ki, heç biri də bunları kamera qarşısında dilə gətirməmişdi. Hamı ehtiyat edirdi.

Mənim isə Ştuxlikdən, ya Elxandan çəkinəcəyim bir yer yoxdur. Ona görə, onlara söz vermişdim ki, iyulun ilk həftəsi üçün hakimlərin şikayəti əsasında, amma anonimlikləri qorunmaq şərtilə videosüjet hazırlayacam.

Gedənin ardınca danışmaq mənlik deyil, ona görə daha o süjet olmayacaq. Mübarizə isə AFFA-da postunda qalanlar və onlara quyruq bulayanlara qarşı davam edir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”