Premyer Liqaya qayıtdı, “Qarabağ”ın keçmiş legionerini də Azərbaycana qaytardı

24 İyun 2022 22:20 Gündəm 3 076
Premyer Liqaya qayıtdı, “Qarabağ”ın keçmiş legionerini də Azərbaycana qaytardı

“Turan Tovuz” ilk legioner transferini bitirib.

Klubdan saytımıza verilən məlumata görə, bu, 2 il öncə “Qarabağ”dan ayrılmış Faysal Rerrasdır.

Mərakeş millisində də oynamış müdafiəçi iyunun 27-də Azərbaycana gələcək.

Belçika vətəndaşlığı olan 29 yaşlı arxa xətt oyunçusu “Vize”, “Sent-Trüden”, “Hart”, “Mexelen”, “Hibernian”, “Beziers”, “Qarabağ”, “Muludia”, “Levski”də çıxış edib.

Azərbaycana qayıtmaq təşəbbüsü ərəb müdafiəçinin özündən gəlib. Əgər tibbi baxışdan uğurla keçsə, Premyer Liqanın köhnə iştirakçısı onunla 1 illik müqavilə imzalayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!