TƏCİLİ! Ermənilər Laçın istiqamətində mövqelərimizi...

24 İyun 2022 15:50 Gündəm 909
TƏCİLİ! Ermənilər Laçın istiqamətində mövqelərimizi...

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Digər Xəbərlər
Xəbər Lenti