Əmr gəldi, Ukrayna ordusu bu ərazidən geri çəkilir

24 İyun 2022 12:50 Gündəm 901
Əmr gəldi, Ukrayna ordusu bu ərazidən geri çəkilir

Ukrayna hərbçiləri Severodonetski tərk etməyə başlayıblar.

Bunu Luqansk vilayət administrasiyasının rəhbəri Oleq Qayday deyib.

Onun sözlərinə görə, qoşunların şəhərdən çıxarılması ilə bağlı qərar artıq qəbul olunub.

O qeyd edib ki, hazırda Severodonetskin ön xəttində Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın hərbçiləri döyüşür:

“Onlar artıq yeni möhkəmləndirilmiş rayonlara geri çəkilmək əmri alıblar. Oradan tammiqyaslı və normal döyüş əməliyyatları aparmaq mümkündür”.

Ötən gün Oleq Qayday rusların Luqansk vilayətini tam işğal etmək üçün bütün ehtiyatlarını səfərbər etdiyini, Ukrayna ordusunun geri çəkilməyə məcbur ola biləcəyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti