SOCAR-ın klublara pul ayırmağı yubatması bununla əlaqədar imiş… SİRRİ BİLİNDİ

24 İyun 2022 11:40 Gündəm 1 440
SOCAR-ın klublara pul ayırmağı yubatması bununla əlaqədar imiş… SİRRİ BİLİNDİ

Premyer Liqanın əksər klubları bir müddətdir yeni mövsümün hazırlıqlarına start verib.

Gələn ay avrokuboklar başlayacaq, avqustun 8-də də növbəti ölkə çempionatı.

İndi bəzi açıq suallar var ki, cavabını heç cür tapmır. Bunların başında SOCAR-dan klublara ayrılacaq dotasiyanın hələ də müəyyənləşməməsidir.

Elita iştirakçılarından «Qarabağ» istisna olmaqla, qalanları neft şirkətindən yardım paketi alır.

Normalda SOCAR bu məbləği 2 həftə öncə açıqlamalı idi. Hər halda ötən illərdə həmişə belə olub. Hazırkı qeyri-müəyyənlik SOCAR-ın yaxınlarda AFFA-da apardığı audit və

Elxan Məmmədovun federasiyanın icraçı vitse-prezidenti vəzifəsindən ayrılması ilə birbaşa əlaqədardır.

Neft şirkəti Premyer Liqa və I Divizion klublarına vəsait ayırmaqda davam edəcək. Bu, dəqiqdir. Sadəcə, öncəki «marşrut üzrə» yox.

SOCAR-ın yeni rəhbərliyi AFFA-nın vasitəçi olmasını, maliyyəni onların xətti ilə yüksək və aşağı liqa təmsilçilərinə ötürmək istəmir.

Qurum bunun başqa yollarını, kanallarını axtarır. Ki, sabah UEFA Premyer Liqa klublarının bir mənbədən pul almasını səbəb gətirib, Azərbaycanı avrokuboklardan uzaqlaşdırmasın.

Çünki qaydalara görə, hansısa şirkət eyni vaxtda peşəkar və müstəqil statuslu komandaların sponsoru, maliyyə təminatçısı ola bilməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti