Ermənistan Prezidenti: "Biz realist olmalıyıq"

23 İyun 2022 12:50 Gündəm 766
Ermənistan Prezidenti: "Biz realist olmalıyıq"

“Biz siyasəti diplomatiyadan, populizmi ictmai bəyanatlardan fərqləndirməyi bacarmalıyıq. Biz bunlara əməl etməyi bacarmır, hamısını qarışdırırıq”.

Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan müxalifətin “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” tələbinə cavabında bildirib.

“Biz realist olmalıyıq. Siz bunu bəyan edəndə manevr hüququnuzu itirirsiniz”, - o vurğulayıb.

Müxalifətlə dialoqa açıq olduğunu deyən V.Xaçaturyan söyləyib ki, müxalifətin indiki “Müqavimət hərəkatı”nı 1988-ci ildə “Qarabağ hərəkatı” ilə müqayisə etmək olmaz.

Digər Xəbərlər
Xəbər Lenti