Ukrayna ordusu Xersona doğru irəliləyir

22 İyun 2022 03:00 Gündəm 892
Ukrayna ordusu Xersona doğru irəliləyir

Ukrayna Silahlı Qüvvələri rus qoşunlarını ikinci və üçüncü müdafiə xəttindən sıxışdıraraq müvəqqəti işğal olunmuş Xerson şəhərinə doğru uğurla irəliləyirlər.

Bu barədə “Kanal 24”ə “Cənub” təhlükəsizlik və müdafiə qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib:

“Qoşunlarımızın cənubda, Xerson istiqamətində hərəkətləri kifayət qədər uğurludur. Rus ordusu üçün çox çətin vəziyyət yaranıb. Artıq qüvvələr ikinci və üçüncü müdafiə xəttinin təşkilinə sərf olunub”.

N.Qumenyuk ukraynalıları hərbçilərin rəsmi açıqlamalarını gözləməyə və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun təfərrüatları barədə məlumat verməməyə çağırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti