“Tarixi həftə başlayır, sabah qələbə günümüzdür” - Zelenski:

20 İyun 2022 01:20 Gündəm 926
“Tarixi həftə başlayır, sabah qələbə günümüzdür” - Zelenski:

"Sabah (bu gün-red) Ukraynanın namizədlik statusu ilə bağlı Avropa İttifaqından (Aİ) cavab alacağı tarixi həftə başlayır. Ona görə də biz Rusiyadan aktivliyin artması gözləməliyik".

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

Onun sözlərinə görə, bazar ertəsi 1991-ci ildən bu günə kimi ən vacib həftələrdən biri başlayır.

"Belə bir həftədə biz Rusiyadan düşmənçilik fəaliyyətinin artacağını gözləməliyik. Bu, xüsusilə aşkardır. Özü də təkcə Ukraynaya qarşı deyil, həm də Avropaya qarşı. Hazırlaşırıq. Tərəfdaşlarımızı xəbərdar edirik. Sabah bizim qələbə günümüzdür”, - Zelenski bildirib.

İyunun 17-də Avropa Komissiyası Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib.

Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasının şərtləri də məlum olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti