"Ağdam" komandasının ağdamlı başqanı...

19 İyun 2022 23:40 Gündəm 1 303
"Ağdam" komandasının ağdamlı başqanı...

Bir aydan artıqdı davam edən "Zəfər Kuboku" bu gün başa çatdı. Mənim də olduğum "Ağdam" komandasının çempionluğu ilə bitən final görüşünü izləyən çoxsaylı qonaqlar arasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da vardı.

Böyük Vətən Müharibəsinin aktiv iştirakçılarından olan Fariz müəllim haqqında dəfələrcə xoş sözlər eşitmişik.

İnsanlığı, yüksək mədəniyyəti və ən önəmlisi sadəliyi barədə futbolçular, məşqçilər, klub rəsmiləri və media mənsubları söhbətlərində dəfələrcə dilə gətiriblər. Mənim isə onu daha yaxından görmək və az da olsa ünsiyyət qurmaq imkanım ilk dəfə məhz bu finalda oldu.

Əslən Ağdamdan olan müharibə qəhrəmanımız qarşılaşmadan öncəki çıxışında təbii olaraq bizə azarkeşlik edəcəyini dilə gətirdi.

Matçın startına az qalmış isə komandanı başına yığaraq "uşaqlar, bu gün nəticədən asılı olmayaraq sona kimi döyüşün" deməsi hamımıza xüsusi motivasiya oldu.

Qarabağda zəfər yazan kişidən belə dəstəyi eşitməyin təbii ki, əhəmiyyəti də xüsusidir.

Elə Fariz müəllim dediyi kimi güclü rəqiblə sona kimi döyüşdük. 1-0 geri düşdüyümüz finalı 3-1 xeyrimizə dəyişdik.

Göstərilən xüsusi münasibətin nəticəsi olaraq mükafatlandırma mərasimində "Ağdam" komandasının üzvlərinin "ən böyük başqan, bizim başqan" şuarını səsləndirməsi qısa müddətdə yaranan isti münasibətə ən gözəl qarşılıq idi.

Fariz bəy bu gün həm də qısa müddətdə - cəmi bir matçda ən böyük başqan necə olur göstərmiş oldu. Duruşu, sözü, səmimiyyəti və sadəliyi ilə.

Yekunda isə yanımıza gələn klub prezidenti "Bir günlük Qəbələ" turunda sizi gözləyirəm" dedi. Həm dəstək, həm də dəvət üçün sağ ol, başqan!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti