"Dinamo" (Tbilisi) baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayırır.
Sportinfo.az xəbər verir ki, transfer siyasətindən narazı olan 54 yaşlı mütəxəssis Tbilisi təmsilçisini tərk etməyə hazırlaşır.
O, hazırkı heyətlə avrokuboklarda layiqli mübarizə aparmağın çətin olduğunu rəhbərliyə çatdırıb. Tərəflərin qısa zamanda əməkdaşlığa son qoyacağı gözlənilir.
Kaxaber Tsxadadze 2021-ci ilin mayından "Dinamo"ya rəhbərlik edir.
Mütəxəssis 2008-ci ildə Bakının "Standard", 2009 - 2014-cü illərdə isə "İnter" (hazırkı "Şamaxı") komandalarının baş məşqçisi olub. O, Qazaxıstanın "Ordabaşı" komandasında da çalışıb.

