"Turan Tovuz" və "Kəpəz"in hədəfindəki Divizion hücumçusu

18 İyun 2022 19:00 Gündəm 1 797
"Turan Tovuz" və "Kəpəz"in hədəfindəki Divizion hücumçusu

Premyer Liqanın 2 köhnə-yeni iştirakçısı «Sabah»ın eyni hücumçusuna elçi düşüb.

Elitaya qayıdan «Turan Tovuz» və «Kəpəz» Kamran Quliyevin xidmətində maraqlıdır.

Hər iki qərb təmsilçisi onu icarəyə götürməklə bağlı qarşı tərəfə müraciət ünvanlayıb. Başa çatan mövsümdə «Sabah-2»nin heyətində I Divizionda 11 qola imza atan forvardın gələcəyi Murad Musayevdən asılıdır.

Rusiyalı baş məşqçinin ona əsas komandada şans verəcəyi, yoxsa daimi oyun praktikası qazanmaq üçün icarə əsasında başqa yerdə çıxış etməsinə isti yanaşıb-yanaşmayacağı hələ məlum deyil.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti