“Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirmək qərarı məcburi və zəruri idi”

18 İyun 2022 12:30 Gündəm 638
“Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirmək qərarı məcburi və zəruri idi”

“Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirmək qərarı məcburi və zəruri idi”.

Bunu Rusiya Prezidenti Vladimir Putin plenar iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Qərb əvvəlki öhdəliyini yerinə yetirməkdən əsaslı şəkildə imtina edib və onunla hər hansı yeni razılaşma əldə etmək mümkün deyil:

“İndiki şəraitdə bizim üçün artan risklər və təhdidlər fonunda Rusiyanın xüsusi hərbi əməliyyat keçirmək qərarı çətin, lakin şübhəsiz ki, məcburi və zəruri idi. Bu qərar 8 ildir Kiyev tərəfindən soyqırıma məruz qalan rusları və Donbas sakinlərini qorumaq məqsədi daşıyır.

Bu, yeri gəlmişkən, BMT Nizamnaməsinə əsaslanaraq, öz təhlükəsizliyini qorumaq üçün qeyd-şərtsiz hüququ olan suveren ölkənin qərarıdır, bizim vətəndaşlarımızı, “Donbass xalq respublikaları”nın sakinlərini müdafiə etməyə yönəlmiş qərardır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti