Yeni təyinat alan baş məşqçinin Diviziondan Premyer Liqaya gətirəcəyi futbolçular

17 İyun 2022 16:00 Gündəm 1 641
Yeni təyinat alan baş məşqçinin Diviziondan Premyer Liqaya gətirəcəyi futbolçular

Dünən “Turan Tovuz”un baş məşqçi postuna təyinatı rəsmiləşən Ayxan Abbasov iyunun 20-də yeni işinin icrasına başlayacaq.

Onun ilk planı seleksiya prosesinə aiddir.

Belə ki, “Pro” kateqoriyalı mütəxəssis ötən mövsüm komandanın heyətində I Divizionda forma geyinmiş futbolçular arasında seçim edəcək.

“Sumqayıt”da qazandığı uğurlarla özünü isbatlamış çalışdırıcı xidmətinə ehtiyac duyacağı oyunçuların adlarını 6 gün ərzində müəyyənləşdirəcək.

Abbasovun həmin heyətdən 7-8 gənci düşərgədə saxlayacağı, qalanlarını isə əvəzedici komandaya göndərəcəyi gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti