Orxan Məmmədov sübut etdi ki…

16 İyun 2022 21:00 Gündəm 2 044
Orxan Məmmədov sübut etdi ki…

“Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur. Əksinə, dövlət dəstəyi daim göstərilir.

Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız.

Mən deyə bilmərəm ki, mini-futbolçular üçün hansısa xüsusi şərait yaradılıb, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilib, yox, bunların heç biri olmayıb.

Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız.”

Bu, Prezident İlham Əliyevin mini-futbol üzrə Avropa çempionu olan millinin üzvlərini qəbul edərkən dediyi sözlərdir. Çox qısa zamanda yaradılan komandaya bundan gözəl dəstək ola bilməzdi.

Deməli, hər sahədə olduğu kimi, futbolda da uğur qazanmaq üçün işini sevməli, ciddi səylə çalışmalısan.

Necə ki, bunu başda Orxan Məmmədov olmaqla, Mini-futbol asossiyasının rəhbərliyi, bu kollektivin bütün üzvləri etdi. Atalarımızn yaxşı bir sözü var: “Çörəyi ver çorəkçiyə, birini də üstəlik”. Yəni ki, hər işi biləninə tapşırmaq lazımdır.

Orxan Məmmədov kimdir? Geniş yazıb vaxtınızı almaq istəmirik. İnternetdə bütün informasiyalar var, özünüz axtarış verib, istədiyiniz məlumatı əldə edə bilərsiz.

Bizə onun futboldakı - “Zirə” FK-nın fəxri prezidenti kimi fəaliyyəti maraqlıdır. Klub Premyer Liqaya yüksəldiyi ilk mövsümdəcə (2015/2016-ci illər mövsümü) 2-ci yerin sahibi olaraq gümüş medalları qazamağı bacardı.

“Zirə” Premyer Liqada daim mükafatçılar sirasında olmağa çalışır, demək olar hər mövsüm iddiasını ortaya qoyur. Və bütün bunları çox az büdcə ilə edir.

Bunu necə bacarır?

“Zirə”FK-nın İdarə Heyətinə baxsaz, özünüz anlayacaqsız. Sıraları o qədər də geniş olmayan, dostunu, qohumunu kluba işə götürməyən bu şəxs, 4-5 nədərlə “Zirə”ni əla idarə edir.

Bütün bunları hansı təzyiq altında etməsinin mövsümboyu canlı şahidi oluruq. Komandanın qarşısını almaq üçün bəzi şəxslər əlində olan bütün imaknlardan istifadə edir.

“Zirə” isə həm meydanda, həm də meydandan kənarda qara qüvvələrlə var gücü ilə “savaşır”.

AFFA-nın himayəsində olan komandalar həm maddi, həm də digər məsələrdə “Zirə”dən öndədilər, amma onların etdiyinin heç yarısını da edə bilmirlər

Niyə?

Çünki başları futbola yox, başqa məsələlərə qarışıb. Buradan belə nəticəyə gəlmək olar ki, başları futboldan başqa hər şeydən çıxanlarla biz irəli gedə bilmərik.

Bizə halal, hər qəpiyin hesabatını verən, futbolu, vətənini sevən bir idərəçi lazımdır. Daha dostunu, qohumunu futbol təsərrüfatına dolduranlar yox.

Orxan Məmmədov sübut etdi ki, bizdə kifayət qədər yaxşı menecerlər var. Onları necə tapmaq lazım olduğunu da artıqlaması ilə sübut etdi.

Qalır ona inanmaq, dəstək vermək, işi peşəkarlara həvalə etmək. Belə bir deyim var: “Sən insanların nə dediyinə yox, nə etdiyinə bax”.

Orxan Məmmədov etdiyini etdi, yerdə qalır ona, onun komandasına inanmaq və səlahiyyət vermək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti