Vabahzadə Divizionda görüb bəyəndiyi istedadlı yarımmüdafiəçini “Kəpəz”ə istədi

16 İyun 2022 14:40 Gündəm 1 606
Vabahzadə Divizionda görüb bəyəndiyi istedadlı yarımmüdafiəçini “Kəpəz”ə istədi

Premyer Liqaya qayıdan “Kəpəz” “Sabah”a müraciət edib.

Gəncə təmsilçisi Masazır klubundan Samir Məhərrəmlini icarəyə götürmək niyyətindədir.

”Sabah”ın 2020-ci ilin yayında “Qəbələ”dən satın aldığı 2002-ci il təvəllüdlü yarımmüdafiəçi növbəti mövsümü, böyük ehtimalla, Nizami yurdunda keçirəcək.

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin onu “Sabah-2”nin heyətində I Divizion oyunları zamanı görüb bəyəndiyini bildirək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti