O, mini-futbol millimizin uğuru haqda ölkə başçısının ailə üzvlərinə məlumat verdi

14 İyun 2022 20:40 Gündəm 2 469
O, mini-futbol millimizin uğuru haqda ölkə başçısının ailə üzvlərinə məlumat verdi

Azərbaycan mini-futbol yığmasının Slovakiyada əldə etdiyi uğur ölkədə böyük sevincə səbəb oldu.

Əsasən həvəskar futbolçulardan qurulmuş yığma Koşitsedə qələbələri sıralamaqla Avropa çempionu adını qazanmağı bacardı.
Millinin iyunun 12-dən 13-nə keçən gecə Bakıya qayıtması isə ciddi azarkeş izdihamı ilə müşahidə olundu. Heydər Əliyev adına Hava Limanına toplaşan yüzlərlə azarkeş Avropa çempionlarını çempionlara layiq olan şəkildə qarşıladı.

Həmin gecə yaşananların görüntüləri artıq ölkə Prezidenti İlham Əliyevin ailə üzvlərinə göndərilib.

Bu addımı vaxtilə ölkəmizdə müxtəlif komandaların şərəfini qorumuş, hazırda sosial şəbəkə fenomeni kimi tanınan Nuqzar Kvirtiya atıb.

Kvirtiya Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:
“Xəbərlərin sürətlə yayılmasında sosial şəbəkələrdəki paylaşımların və müzakirələrin rolu böyükdür. Bu yöndə mən də nələrsə etməyə çalışıram.
Şəxsən mini-futbol yığmamız Slovakiyadan qayıdanda, Heydər Əliyev adına Hava Limanında yaşanan xoş mənzərənin videogörüntülərini paylaşdım və ölkə başçısının ailə üzvlərinə göndərdim. Ki, onlar da paylaşsınlar, hamı görsün. Sosial şəbəkələr, belə deyim, “böyük silah” hesab olunur”.

Nuqzar Kvirtiyanın “Tik-Tok” platformasında 1,3 milyon izləyicisi var. 13 ildir Azərbaycanda yaşayan sabiq gürcü futbolçu ölkəmizdə tanınmış bloggerlərdən hesab olunur.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti