“Kəpəz” azarkeşlərinə XOŞ XƏBƏR – Sponsor razılıq verdi

14 İyun 2022 23:40 Gündəm 2 846
“Kəpəz” azarkeşlərinə XOŞ XƏBƏR – Sponsor razılıq verdi

Növbəti mövsümdə Premyer Liqada iştirak edəcək “Kəpəz”də hazırlıq işləri davam edir.

Klub rəhbərliyi ilə baş məşqçi Yaşar Vahabzadənin qarşısında duran əsas məqsəd komandanı komplektləşdirməkdir.

Son 15-20 gündə bununla bağlı işlər gedir, namizəd futbolçularla danışıqlar aparılır. Artıq 4 futbolçu – Kamran İbrahimov, Elvin Yunuszadə, Tural Axundov və İdris İnqilablının karyerasını Gəncə təmsilçisində davam etdirəcəyi dəqiqələşib.

Bu ayın sonuna qədər daha 2-3 yerli futbolçunun “Kəpəz”ə keçidi həllini tapmalıdır.

Azarkeşlərin marağına səbəb olan suallardan biri komandada legionerlərin olub-olmayacağıdır.

Kluba yaxın mənbədən əldə etdiyimiz bilgiyə görə, məşqçilər heyəti bu mövzu ilə bağlı sponsordan razılıq alıb. Və artıq legioner axtarışına start verilib.

Növbəti mövsümdə “Kəpəz”də azı 3-4, ən yaxşı halda 5 əcnəbinin yer alması mümkün olacaq. Onların arasında vaxtilə Azərbaycanda top qovmuş futbolçu(lar)ın olacağı gözləniləndir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti