"Legiya"dan Mahir ilə bağlı bəyanat: "Razılığa gəlməyə çalışırıq"

12 Yanvar 2022 21:00 Gündəm 711
"Legiya"dan Mahir ilə bağlı bəyanat: "Razılığa gəlməyə çalışırıq"

"Legiya" Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, bəyanatda 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu bildirilib.

"Klub dəfələrlə oyunçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin ona lazım olan bütün dəstəyi təklif edib.

Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Məxfiliyi və mahiyyəti nəzərə alaraq,danışıqların məzmununu və nəticələrini açıqlamayacağıq", - qeyd olunub.

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!