"Mənim milliyə iki layiqli namizədim var" - "Neftçi"nin keçmiş direktoru adlar çəkdi

3 Dekabr 2021 13:40 Gündəm 1 674
"Mənim milliyə iki layiqli namizədim var" - "Neftçi"nin keçmiş direktoru adlar çəkdi

«AFFA artıq öz seçimini edib və bizim bundan sonra nəsə deməyimiz heç nəyi dəyişməyəcək».

Bu sözləri Sportino.az-a açıqlamasında «Neftçi»nin keçmiş idman direktoru Ceyhun Sultanov deyib.

Federasiyanın Canni De Byazi ilə müqaviləni yeniləməsinə münasibət bildirən millinin sabiq futbolçusu bu qərarın onda təəccüb yaratdığını söyləyib.

Sitat: «Mən gözləyirdim ki, yeni baş məşqçi yerli olacaq. Çünki millinin son illərdəki çıxışı göstərdi ki, xarici məşqçilər burada nəticə əldə edə bilmirlər.

Həmişə demişəm, indi də deyirəm, sabah da deyəcəm – millidə azərbaycanlı çalışmalıdır.

Bu gün üçün iki layiqli namizəd görürəm. Biri Qurban Qurbanovdur, digəri Rəşad Sadıqov.

İndi AFFA belə qərar verdi, qoy, olsun! Məsuliyyət rəhbər şəxslərin üzərindədir. Mən yenə də De Byaziyə uğurlar diləyirəm. Axı burada söhbət millidən gedir.

Vaxtilə mən də bu formanı geyinmişəm və Azərbaycanın bir nömrəli komandasının uğurlu olmasını həm istəyir, həm də arzulayıram.

Milli De Byazinin rəhbərldiyi altında qarşıdakı 10 ayda uğurlu çıxış eləsə, sevincimin həddi-hüdudu olmaz.

Gəlin, Millətlər Liqasını gözləyək, görək, bu dəfə nə olur, hansı nəticələr qazanılır».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!