De Byazinin xidmətindən imtina olundu - MİLLİMİZƏ GÖRƏ

26 Oktyabr 2021 20:40 Gündəm 1 776
De Byazinin xidmətindən imtina olundu - MİLLİMİZƏ GÖRƏ

Kosovo Futbol Federasiyası (KFF) Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə əməkdaşlıq etməyi lazım bilməyib.

Avropa futbol ailəsinin yeni üzvü yığmamızla müqaviləsi 1 ay sonra bitəcək italıyalı çalışdırıcıya maraq göstərməyib və onunla danışıqlar aparmağa gərək duymayıb.

Sırf Azərbaycanda uğursuz fəaliyyətinə görə. Millimiz onun rəhbərliyi altında Millətlər Liqasında fiaksoya uğrayıb.

DÇ-2022-nin seçmə mərhələsi də bizim üçün yaxşı keçmir. A qrupunda yer alan komanamız son tur öncəsi cəmi 1 xala malikdir.

Halbuki apenninli yaxınlarda KFF rəhbərliyi ilə əlaqə yaradıb və bildirib ki, komandanın sükanı arxasına keçmək istəyir.

De Byazi AFFA ilə müqaviləsinin dekabrda başa çatacağını söyləyib və Balkan yarımadasında çalışmağı çoxdan arzuladığnı iddia edib.

De Byazi onunla danışıqlar aparılarsa, maliyyə şərtlərində ortaq məxrəcə gəlməyin çətin olmayacağını deyib. Yəni, apenninli çalışdırıcı bu məsələdə qarşı tərəfə kifayət qədər güzəştə getməyə hazırdır.

2019-cu ilin yayından etibarən Azərbaycanda fəaliyyət göstərən italyan böyük vəd verməkdən çəkinməyib.

O, komandanın kifayət qədər səviyyəli futbolçulara sahib olduğunu göstərərək, AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlarını bildirib.

Yığmamızın sükançısı bugünlərdə "indeksonline" nəşrinə açıqlamasında da sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu etiraf eləyib:

"Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".

65 yaşlı mütəxəssis Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndiyini söyləyib: "Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".

Şalland 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrdən sonra istefaya göndərilib.

B qrupunda yer alan və keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan Kosovo 4 xalla sonuncu sırada qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!