Azərbaycanda daha 885 koronavirusa yoluxma - 22 nəfər öldü

28 Sentyabr 2021 16:50 Gündəm 725
Azərbaycanda daha 885 koronavirusa yoluxma - 22 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2 114 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib. 20 706 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 525, bu günə qədər isə ümumilikdə 4 839 863 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti