Bu gün AVRO-2020-də 1/8 finalın son 5 iştirakçısı bilinəcək

23 İyun 2021 20:00 Gündəm 868
Bu gün AVRO-2020-də 1/8 finalın son 5 iştirakçısı bilinəcək

Bu gün Avropa çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutacaq.

Bununla da 1/8 finalın son 5 iştirakçısı bəlli olacaq.

E qrupunda Polşa İsveçlə, Slovakiya isə İspaniya ilə üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionunda oynanılacaq İsveç - Polşa matçını ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.

Hazırda 4 xalla ilk pillədə yer alan skandinaviyalıların qrupdan çıxması dəqiqləşib. Bu mənada görüş onlar üçün formal xarakter daşıyacaq. 1 xalla sonuncu sırada qərarlaşan polşalılar isə növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdırlar.

Sevilyadakı "Estadio La Cartuja" stadionunda keçiriləcək Slovakiya - İspaniya görüşünün baş hakimi isə niderlandlı Byörn Kuypers olacaq. 3 xalla 2-ci sırada olan slovakiyalılara 1/8 finala çıxmaq üçün heç-heçə kifayət edəcək.

2 xalı olan pireneylilərə isə qələbə lazımdır. Luis Enrikenin baş məşqçi olduğu kollektiv bərabərlik sayəsində də (ən yaxşı 3-cü yerin sahibi kimi) qrupdan çıxa bilər. Lakin bunun üçün İsveç yığması Polşaya uduzmamalıdır.

Futbolsevərlər F qrupunda da kifayət qədər maraqlı mübarizəyə şahidlik edəcəklər. Pley-offa vəsiqəni təmin edən Fransa millisi Portuqaliya yığması ilə qarşılaşacaq.

Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşəcək oyunu ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edəcək. Qrupun digər matçında isə Almaniya və Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Görüşün baş hakimi Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçəyə nail ola bilsə, hər iki komanda pley-offa yüksələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

E qrupu, III tur

20:00. İsveç - Polşa

Baş hakim: Maykl Oliver (İngiltərə)

Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

20:00. Slovakiya - İspaniya

Baş hakim: Byörn Kuypers (Niderland)

Sevilya, "Estadio La Cartuja" stadionu

Xal durumu: İsveç - 4, Slovakiya - 3, İspaniya - 2, Polşa - 1

F qrupu

23:00. Macarıstan - Almaniya

Baş hakim: Sergey Karasyov (Rusiya)

Münhen, "Münhen Futbol Arenası"

23:00. Portuqaliya - Fransa

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)

Budapeşt, "Puşkaş Arena"

Xal durumu: Fransa - 4, Almaniya - 3, Portuqaliya - 3, Macarıstan - 1

Digər Xəbərlər
Xəbər Lenti