Xankəndi Azərbaycanın tabeliyinə keçəcək - ermənilər həyəcan içində

3 May 14:10 Gündəm 724
Xankəndi Azərbaycanın tabeliyinə keçəcək - ermənilər həyəcan içində

Bu dəfə erməniləri hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun Twitter hesabında yazdıqları həyacanlandırıb.

Sportinfo.az bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, hüquq müdafiəçisinin Xankəndinin yay aylarında Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı qeydlərinə qondarma “artsax” rejiminin hələ də özünü “parlament sədri” adlandıran Artur Tovmasyan reaksiya verib və təşvişə düşmüş Qarabağ ermənilərini sakitləşdirmək üçün onlara müraciət edib.

“Əziz həmvətənlər” xitabı ilə başlayan müraciətdə erməni separatçı bildirib ki, 10 noiyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədə Xankəndinin Azərbaycan ordusunun nəzarətinə keçəcəyi barədə müddəa yoxdur.

“Bu gün “artsax xalqı”nın (?-M.) təhlükəsizliyinin qarantı Rusiya sülhməramlıları və “artsax ordusu”dur(?) və “artsax” Azərbaycanın tərkibində ola bilməz”, -deyə, Tovmasyan sərsəm fikirlərini davam etdirib.

Həmçinin iddia edib ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında “DQMV-in keçmiş sərhədləri” daxilində “tam azadlığımıza nail olacağıq”.

Göründüyü kimi, Qarabağdakı separatçılar tikan üstündə oturmuş kimidirlər, Azərbaycan əsgərinin hər an Xankəndiyə daxil olacağını gözləyirlər.

Ancaq eyni zamanda ağalarının kölgəsinə sığınmaqla nəyəsə nail olacaqlarına olan ümidlərini də itirməyiblər. Həmsədrlərin canfəşanlığı da zatən, separatçıları xilasa yönəlib.

Digər Xəbərlər
Xəbər Lenti