Şəhid ailələrinə və müharibə əlillərinə YENİ MÜJDƏ - Evlər növbəti həftələrdən veriləcək

18 Yanvar 2021 13:10 Gündəm 529
Şəhid ailələrinə və müharibə əlillərinə YENİ MÜJDƏ - Evlər növbəti həftələrdən veriləcək

“Növbəti həftələr ərzində məcburi köçkünlər üçün tikilmiş mənzillər şəhid ailələri və müharibə əlillərinə veriləcək”.

Sportinfo.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, son həftələr ərzində Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ilə bağlı yeni bir tapşırıq verilib:

“Məcburi köçkünlər “Böyük qayıdış” konsepsiyası çərçivəsində doğma torpaqlarına qayıdacaqlar.

İndiyədək Bakıətrafı rayonlarda, Sumqayıtda məcburi köçkünlər üçün tikilmiş 4700 mənzil ƏƏSMN-nin balansına veriləcək. Bu da şəhid ailələrinin və müharibə əlillərinin ev problemini daha tez şəkildə həll etməyə imkan yaradacaq.

Hazırda nazirliklə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında hüquqi sənədlər, mənzillərin balansa götürülməsi və sair işlər gedir. Gələn həftələrdə aktiv şəkildə bu mənzillərin verilməsinin şahidi olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?