Azərbaycanın rayonlarında metro stansiyaları tikiləcək?

11 İyun 2024 12:50 Gündəm 2 073
Azərbaycanın rayonlarında metro stansiyaları tikiləcək?

"Bölgələrdə metro xəttlərinin çəkilməsi ilə bağlı məsələ Bakı Metropoliteni QSC-nin səlahiyyətinə daxil deyil".

Bunu metbuat.az-a açıqlamasında Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu qərar regionların inkişafı və ictimai nəqliyyat sektorunun təlabatı ilə bağlı ola bilər:

"Metropoliten sisteminin kifayət qədər bahalı və texniki cəhətdən mürəkkəb infrastruktur quruluşu olduğuna görə, məsələlərin xüsusi

müzakirəsi tələb olunur. Ümumi olaraq isə bununla bağlı müzakirələrin gedib-getməməsi barədə məlumat yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi