Azərbaycanın 2 qadını Avropa çempionatının yarımfinalına yüksəldi

3 May 2018 17:36 Güləş 608
Azərbaycanın 2 qadını Avropa çempionatının yarımfinalına yüksəldi

Azərbaycanın iki qadın güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, bunlar Alyona Kolesnik və Elis Manolovadır. 57 kq çəki dərəcəsində mübarizə aparan Kolesnik ilk görüşündə türkiyəli rəqibini, ikinci görüşündə ötən ilin norveçli Avropa çempionunu tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib.

65 kq çəkidə yarışan Manolava isə macarıstanlı və çexiyalı güləşçilərdən üstün olub. Anjela Doroqan (53 kq) və Elmira Qəmbərova (62 kq) ilk mərhələdə uduzsalar da, təsəlliverici görüşlərdə iştirak şanslarını qoruyurlar.

Ötən gün mübarizəyə başlayan Azərbaycan qadın güləşçilərindən Mariya Stadnik (50 kq) bu axşam final, Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) isə bürünc medal görüşünə çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti