Azərbaycan millisi Avropa çempionatını "5"lə başa vurdu - VİDEO

3 May 2018 08:12 Güləş 662
Azərbaycan millisi Avropa çempionatını "5"lə başa vurdu - VİDEO

Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi bu növ üzrə yarışı 1 qızıl, 2 gümüş, 2 bürünc medalla başa vurub.

Yeganə qızıl medala 55 kq çəki dərəcəsində yer alan Eldəniz Əzizli sahib olub. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş, Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) bürünc medala sahib olub.

Elman Muxtarov (59 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərdə, Taleh Məmmədov (63 kq) və Türmən Eyyubov (130 kq) isə ilk cəhddəcə uduzaraq, mübarizəni dayandırıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti